“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə:
1. Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:
Sahib Ələkbərov - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini;
Sevinc İsmayılova -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri;
Nuranə Abbasova - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini - hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri;
Ramiz Qarayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini;
Vüsal Abbasov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 fevral 2024-cü il